“Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitənin əsas məqsədləri açıqlanıbStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə “Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitə yaradılıb.SMPDK-dən ANS PRESS-ə verilən məlumata görə, “Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd Milli Standartlaşdırma Proqramına uyğun olaraq metrologiya sahəsi ilə bağlı milli standartların layihələrinin, kalibrlənmə və sınaqlarla bağlı ölçmə metodikalarının, onlara dəyişikliklərin və ya təşəbbüs qaydasında işlənib hazırlanmış və onun fəaliyyət sahəsinə aid edilən qaydalar toplularının hazırlanmasına dəstək göstərməkdir.Bununla yanaşı onların ekspertizasını keçirərək rəy vermək, bununla da vətəndaş cəmiyyətinin inkişafina, azad sahibkarlıq subyektlərinin ədalətli rəqabətinə, şəffaf bazar mexanizmlərinin formalaşmasına zəmin yaratmaq da əsas məqsədlərdəndir.Texniki Komitəyə ümumilikdə metrologiya sahəsi üzrə çalışan 22 dövlət və qeyri-dövlət müəssisələri üzv seçilib.Qeyd edək ki, metrologiya sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes mühitinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb olunması baxımından qeyd olunan istiqamətlər üzrə ölkədə vahid standartlar toplusunun mövcudluğu olduqca əhəmiyyətlidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !