Azərbaycanda yeni Günəş Elektrik Stansiyası tikilir

09:41 | 29.09.2014
Azərbaycanda yeni Günəş Elektrik Stansiyası tikilir

Azərbaycanda yeni Günəş Elektrik Stansiyası tikilir

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 2 hektar torpaq sahəsi ayrılıb. Bu ilin mart ayından ərazidə Günəş Elektrik Stansiyasının inşasına başlanılıb.ANN.Az AzərTac-a istinadən xəbər verir ki, Rayon icra hakimiyyətindən bildiriblər ki, Pirallahı Günəş Elektrik Stansiyası “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin şəbəkəsinə qoşulacaq və burada istehsal olunan enerji ASC-nin şəbəkəsinə ötürüləcək.Ümumi gücü 2,8 meqavat olacaq Günəş Elektrik Stansiyasının ilin sonunadək tam işə salınması planlaşdırılır və bu, rayonun enerji təchizatının etibarlılığının təmin olunmasına öz müsbət təsirini göstərəcək.Hazırda tikinti-quraşdırma işlərinin tamamlanması istiqamətində intensiv iş aparılır. Stansiyanın tikintisində Sumqayıtdakı “Azgüntex” MMC-nin istehsal etdiyi günəş panellərindən istifadə olunur.Pirallahı qəsəbəsində tikilən Günəş Elektrik Stansiyası ilin sonunadək işə salınacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür