Azərbaycanda yeni internet televiziya servisi tətbiq edilir

09:46 | 29.12.2013
Azərbaycanda yeni internet televiziya servisi tətbiq edilir

Azərbaycanda yeni internet televiziya servisi tətbiq edilir

ott.az servisi ilə 44 televiziya kanalına baxmaq mümkündürRabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) OTT (Over-The-Top) texnologiyası əsasında yeni internet televiziya servisini tətbiq edir. Bunu şənbə günü Trend-ə MHM-in direktor müavini Sahib Nəcəfov deyib.Onun sözlərinə görə, servisdən ott.az ünvanında test rejimində istifadə etmək olar. Sistemdə avtorizasiya üçün login sətrində "ott" yazmaq lazımdır. Xidmət yanvarın 15-dən sonra kommersiya istismarına veriləcək.S.Nəcəfov qeyd edib ki, hazırda ott.az servisi ilə 44 televiziya kanalına baxmaq mümkündür: "Gələcəkdə telekanalların sayı artırılacaq. İlkin olaraq aylıq abunə haqqı 6 manat təşkil edəcək. Ödənişi onlayn, özünəxidmət terminalları şəbəkəsi və rabitə poçt şöbələri vasitəsilə həyata keçirmək mümkün olacaq".OTT texnologiyasının klassik IP-TV-dən fərqi istehlakçıya hansı provayderdən istifadə etməsindən asılı olmayaraq, dünyanın istənilən yerində keyfiyyətli xidmətin göstərilməsidir.OTT platforması istənilən qurğudan (televizor, kompüter, smartfon, planşet kompüteri) istifadə edərək internetə qoşulmaqla çoxkanallı televiziyaya və filmlərə baxmağa imkan verir.IP-TV-dən fərqli olaraq OTT həlli tam alternativ və geniş zolaqlı şəbəkə operatorlarının mövcud biznesinin gəlirlərini artırmağa imkan verən vacib əlavə qismində çıxış edə bilər.Həll operatorlara internet istifadəçilərinin hesabına əlavə gəlir qazanmağa və abonent bazasını xeyli genişləndirməyə imkan verəcək yeni internet televiziya təqdim etməyi mümkün edir.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM