ANN.AZ “Qafqazinfo”-ya istinadən xəbər verir ki, deputat qeyd edib ki, uzun illərdir tender məsələləri normal həyata keçirilmədiyindən hər nazirlik özünün tikinti qurumunu yaradıb: “Bir məktəbin amortizasiya dövrü 50-60- ilə hesablanmalı olduğu halda, həmin məktəb 3-5 ildən sonra əsaslı təmirə dayanır. Elə son günlər yağan yağışlar da məktəblərin durumunu ortaya qoydu. Hesab edirəm ki, Təhsil, Səhiyyə və digər sahəvi nazirliklər tikinti sektorundan uzaqlaşdırılmalıdır. Təhsil Nazirliyinin tikinti ilə məşğul olması onun nəyinə lazımdır? Düşünürəm ki, Azərbaycanda tender üzrə xüsusi bir qurum, ya da Tikinti Nazirliyi yaradılmalıdır. Dövlət bunun şərtlərini müəyyən etməlidir. Tikintini özəl qurumlar apararsa, rəqabət də artar”.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !