"Artıq Azərbaycan Silahlı Qüvvələrində də bir Quru Qoşunları yaradılacaq. Bu istiqamətdə əməli-praktiki işlər aparılır. Bu mövzu ilə bağlı da əsl səbəb buradan qaynaqlanır: II Qarabağ müharibəsində qoşunların necə işlədiyi məlum oldu. Bu müharibədən böyük nəticə çıxarıldı, təcrübə əldə edildi. Bu təcrübələr nəticəsində həm çıxarılan müsbət nəticə var, bəzi də düzəldilməsi lazım olan məsələlər. Hər bir silahlı qüvvələr bu işi görər. Hər böyük fəaliyyətdən sonra biz harada düz etdik, harada səhv etdik məsələsi oturulub müzakirə edilər. Bu da nəyinsə səhv edildiyinə görə yox, daha yaxşı olması üçündür. Buna görə də Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələri kimi, onun bənzəri şəklində təşkil edilməsi qərarı verildi. Bu, əslində çox vacib məsələdir. Çünki bu günə qədər Azərbaycan Silahlı Qüvvələrində Rusiya və Türkiyə təsiri bərabər səviyyədə görünürdü. Bu iki ölkənin ordu quruculuğu arasında bir seçim edilmiş oldu. Yəni biz Türkiyə kimi ordu quraq, yoxsa Rusiya kimi?! II Qarabağ müharibəsinin nəticələri göstərdi ki, Türkiyə ordusu modelində ordu qurmaqda fayda var. Buna görə də belə bir qərar verild", - deyə Kandemir vurğulayıb.
O, həmçinin çox böyük dəyişikliyin olmayacağını deyib. " Onsuz da Türkiyə SQ-si ilə Azərbaycan SQ-si 1993-cü ildən bəri birlikdə çalışırlar. Bir çox türk zabiti gəldi Azərbaycanda təhsil verdi. Azərbaycanlı zabitlər gedib Türkiyədə təhsil aldırlar. Ona görə də iki ordu bir-birini yaxından tanıyır. Bunun üçün də Türkiyə SQ-nin sisteminə keçidin bir narahatlığı olmayacaq".
Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün təşkil edilən mətbuat konfransında "Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmində olduğunu və bu sahədə əməli-praktiki işlərə start verildiyini demişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !