Azərbaycanda yeni siyasi partiya yaradılır

14:45 | 21.05.2014
Azərbaycanda yeni siyasi partiya yaradılır

Azərbaycanda yeni siyasi partiya yaradılır

REAL Hərəkatının Respublikaçı Alternativ Partiyasına çevriləcəyi dəqiqləşib və hazırda bu yöndə iş başa çatmaq üzrədir. “Qafqazinfo” xəbər verir ki, İdarə Heyətinin üzvü, icraçı katib Natiq Cəfərli “Media forum” saytına deyib ki, partiyanın proqramı və nizamnaməsi hazırdır və müzakirələrdə tam dəstək qazanıb. REAL Hərəkatı 2008-ci ildə yaradılıb. Qurumun aparıcı üzvləri siyahısında Erkin Qədirli, Natiq Cəfərli, Rəhman Bədəlov, Zöhrab İsmayıl, Azər Qasımlı, Azər Mehtiyev, Rəsul Cəfərov, Rövşən Ağayev, Cəsur Sümərinli, Altay Göyüşov, Xalid Bağırov, Samirə Qasımlı, Aynur İmranova və başqaları var.REAL-ın lideri İlqar Məmmədov ötən il İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub. Bu ilin martında məhkəmə İlqar Məmmədova 7 il azadlıqdan məhrumetmə cəzası kəsib.1970-ci ildə Bakıda doğulan İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub.Natiq Cəfərli “Media forum” saytına deyib ki, Respublikaçı Alternativ Partiyasının təsis qurultayına hazırlıq gedir, təşəbbüs qrupu formalaşdırılıb: “Qurultaya hazırlıq işi bütün bölgələri əhatə edir. Biz partiyanı 125 seçki dairəsi üzrə quracağıq. Yaxın günlərdə nizamnaməmizin layihəsi açıqlanacaq və detallar hər kəsə bəlli olacaq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM