Azərbaycanda yeni telekanal açılır - VİDEO

19:29 | 17.09.2020
Azərbaycanda aqrar sektoru tam əhatə edəcək yeni internet televiziya kanalı açılıb.
Bu barədə "Aqroservis” Açıq Səhmdar Cəmiyyətindən Aytəkin Cəlili məlumat verib.
Bildirilib ki, yeni telekanalda əkinçilikdə aqrotexniki qulluq qaydaları, subsidiya və digər fermeryönümlü dövlət dəstək tədbirləri, bazar qiymətləri, dünyanın aqrar sektorunda ən son elmi-texniki yeniliklər, heyvandarlıqda ən məhsuldar cinslər və vacib zootexniki qaydalar, baytarlıq və xəstəliklərlə mübarizə metodları, kiçik, orta və iri biznes ideyaları, kəndin inkişafı, fermerlərin güclənməsi üçün dövlət və özəl şirkətlərin təklifləri və s. mövzularda müxtəlif verilişlər yayımlanacaq.

"Aqrobiznes TV” izləyiciləri kənd təsərrüfatı sahəsində lazım olan simalar və çoxsaylı ideyalar ilə tanış olacaqlar. İzləyiciləri maraqlandıran sulları da kanala ünvanlamaq mümkün olacaq.
Yeni telekanalın simaları kimi Aytəkin Cəlili, Nərmin Babazadə və Nicat Nəsirli çıxış edirlər. 
Qeyd edək ki, bu gün 20:30-dan telekanalı "Youtube”, "Facebook” və "İnstagram” üzərindən izləmək mümkün olacaq.
 


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM