Azərbaycanda yeni telekanal açılacaq

17:32 | 08.01.2014
Azərbaycanda yeni telekanal açılacaq

Azərbaycanda yeni telekanal açılacaq

“Azərbaycanda yeni televiziya və radio kanalının açılması ilə bağlı təkliflər var”. Bunu AzNews.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı MTRŞ-ya təkliflər var və hazırda bu təkliflər qurumda dəyərləndirilir: “Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya oyunlarının keçirilməsinə qədər bu kanalların açılması gözlənilənilir”. O qeyd edib ki, ötən il bir radio və televiziya kanalı açılıb. Bu prosses bu il də davam etdirilə bilər: “Açılacaq yeni yeni televiziya və radio kanalının hansı adda fəaliyyət göstərəcəyini qabaqcadan deyə bilməyəcəyəm. Lakin kanal regionların birində açıla bilər”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM