Milli Televiziya və Radio Şurası təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün müsabiqə elan edib.
Anews.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasınınbu gün keçirilən iclasında bildirilib.
İnformasiya texnologiyalarının inkişafı ilə təhsil və elm sahəsinə gələn yenilikləri, son zamanlar elm və təhsil sahəsində baş verən davamlı inkişafı, cəmiyyətin bu sahəyə maraq və diqqətini, ictimaiyyətin və media ekspertlərinin teleradio yayımında elmi-maaridləndirici janra böyük tələbatın olması barədə fikirlərini nəzərə alaraq təhsil və elmi-maarifləndirici istiqamətdə ixtisaslaşmış televiziya kanalının açılması məqsədəuyğun hesab edilib.
Müzakirələrdən sonra ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək müsabiqə elan edilməsi barədə qərar qəbul edib.
İclasda, həmçinin, Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və Türkiyə Respublikasının "TRT-1" televiziya kanalının yayım paketlərində olan siyahısının yenilənməsi barədə qərar qəbul olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !