Azərbaycanda yeni TV açılacaq

19:49 | 14.03.2014
Azərbaycanda yeni TV açılacaq

Azərbaycanda yeni TV açılacaq

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.MTRŞ-dan verilən məlumata görə, İclasda “Milli Televiziya və Radio Şurasının 14 yanvar 2014-cü il tarixli qərarı ilə ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş Brand in Baku” MMC, “Fatiyev Company” MMC, “Region TV” MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə ediliB. MTRŞ “Televiziya və radio yayımı haqqında” qanunu, “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan fərmanını rəhbər tutaraq, digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan «Region TV» MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla ümumrespublika televiziya yayımı üçün 6 (altı) il müddətinə xüsusi razılıq (lisenziya) verilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM