Birinci Şahsevən - Əhmədli - Dünyamalılar avtomobil yolunun qalınlığı 10 santimetr olacaq
Prezident İlham Əliyevin 2013-cü il 12 avqust tarixli sərəncamına əsasən Beyləqan rayonu ərazisində 25 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən - Əhmədli - Dünyamalılar avtomobil yolunun tikintisinə başlanılıb.
Beyləqan Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, uzunluğu 39,4 kilometr, eni 6 metr, asfalt örtüyünün qalınlığı 10 santimetr olacaq yol boyunca 87 ədəd müxtəlif diametrli borulu suötürücü keçidlər qoyulacaq, 1 körpü təmir ediləcək. Hazırda yol yatağı işlənib hazırlanır.
Yolun 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !