Azərbaycanda yeni zavod inşa olunacaq

10:37 | 19.12.2014
Azərbaycanda yeni zavod inşa olunacaq

Azərbaycanda yeni zavod inşa olunacaq

Azərbaycanın "AzerFloat" QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da, sənaye parkının rezidentlərinin sayı 3-ə çatıb.

ANN.Az "Report"a istinadən xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, "AzerFloat" sənaye parkının ərazisində "Float" texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrinin istehsalı ilə məşğul olacaq. Layihə çərçivəsində 150 nəfərin çalışacağı və ildə 8 mln. kv. metr müxtəlif çeşiddə şüşə lövhələr istehsal edəcək Vərəqə Şüşə İstehsalı Zavodunun inşası nəzərdə tutulur. Burada istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Qeyd edək ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal hesabına ödənilir.

Yeni yaradılan müəssisənin layihələndirilməsi, onun bu sahəyə aid olan müasir avadanlıq və qabaqcıl texnologiyalarla təchiz edilməsi dünyada şüşəəritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" (Almaniya) şirkəti tərəfindən təmin ediləcək.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak, torpaq vergiləri və idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən azad olunur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM