• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yerli generativ süni intellekt hazırlanır

Azərbaycanda yerli generativ süni intellekt hazırlanır
26.03.2024 15:48
Rəqəmsal transformasiya hər bir iqtisadiyyat, o cümlədən indi yerli generativ süni intellekt hazırlayan Azərbaycan üçün vacibdir.Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində bildirib.
 
"Analoji süni intellekt həlləri aparıcı "blue chips” şirkətlər - həm dövlət, həm də özəl sektorun şirkətləri tərəfindən tətbiq edilir. Bu, hər şeyin işıq sürəti ilə dəyişdiyi bir məkandır, ona görə də düşünürəm ki, bu sahəyə investisiyalar davam edəcək. Həmçinin təhsil və iqtisadiyyat arasında düzgün körpünün təmin edilməsi baxımından maarifləndirmənin artırılması zəruridir. İnsan kapitalı haqqında məlumat təkcə yarışda qalmaq üçün deyil, həm də onun ölkənin iqtisadi inkişafına və rifahına müsbət təsir göstərməsindən əmin olmaq üçün zəruri elementdir”, - nazir deyib.
 
Onun sözlərinə görə, Azərbaycan MDB məkanında və regionda IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzini (4SİM) yaradan ilk ölkə olub ki, bu mərkəz digər özəl, dövlət və hökumət qurumları ilə birgə xüsusən iqtisadiyyatda, eləcə də Azərbaycanın digər sahələrində rəqəmsallaşmanın sürətinin artırılması prosesinə rəhbərlik edir.
 
Generativ süni intellekt sənaye avtomatlaşdırılmasını təkmilləşdirə, yeni proqram kodu hazırlaya və video, audio, şəkillərin və daha çox şeylərin avtomatik sintezi vasitəsilə nəqliyyat təhlükəsizliyini artıra bilər. Bu təşəbbüs Azərbaycan dilində səlis danışan və Azərbaycan kontentinə malik süni intellekt platformalarının inkişafını stimullaşdırmaq məqsədi daşıyır.
 
Analitiklər süni intellekt bazarının ölçüsü ilə bağlı müxtəlif təxminlərə malikdirlər. "MarketsandMarkets”in ən mühafizəkar hesablamalarına görə, 2023-cü ildə qlobal süni intellekt bazarının həcmi 150,2 milyard ABŞ dolları təşkil edib. "Next Move Strategy Consulting” qlobal süni intellekt bazarının 200 milyard ABŞ dollardan çox olduğunu təxmin edir. Ən optimist məlumatlar Hindistanın "Fortune Business Insights” konsaltinq şirkətindədir. Onun proqnozlarına görə, 2030-cu ilədək süni intellekt bazarı 2023-cü ildəki 515,31 milyard ABŞ dollarından 2 trilyon ABŞ dollara qədər artacaq. Eyni zamanda analitiklərin fikrincə, orta illik artım tempi 21,6-36,8 % təşkil edəcək. "Goldman Sachs”ın proqnozuna görə, növbəti 10 il ərzində süni intellekt texnologiyalarının iqtisadi təsiri qlobal miqyasda 7 trilyon ABŞ dollara çata bilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol