Azərbaycanda yol hərəkəti qaydalarında yeniliklər

18:29 | 27.03.2014
Azərbaycanda yol hərəkəti qaydalarında yeniliklər

Azərbaycanda yol hərəkəti qaydalarında yeniliklər

Azərbaycanda yol hərəkəti qaydalarına yeniliklər edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılacaq.

 

Dəyişikliyə əsasən, “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinə - “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı”na yeni bənd əlavə olunacaq.

 

Əlavəyə əsasən, qeyd edilən siyahıya mühərrikin səs gücünün artırılması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirilməsi də daxil edilib.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM