2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 206,931 milyon ton təşkil edib ki, bu da 2022-ci ilin 11 ayının göstəricisindən 4,9% çoxdur, Dövlət Statistika Komitəsində məlumat verib.
Yük daşımalarının strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payı 77,9 faiz, dövlət bölməsinin payı isə 22,1 faiz təşkil edib. 2023-cü ilin yanvar-noyabr aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi 4,6 faiz artıb.
Dəmir yolu ilə 16,747 milyon ton daşınıb ki, bu da 2022-ci ilin yanvar-noyabr göstəricisindən 1,8% azdır.
Dəniz nəqliyyatı ilə 8 milyon 313,9 min ton müxtəlif yüklər (artım 19,4%), avtomobil nəqliyyatı ilə 119,213 milyon ton (artım 5,3%), hava nəqliyyatı ilə 307,2 min ton (azalma 18,3%) daşınıb. .
Hesabat dövründə magistral neft kəmərləri ilə 36 milyon 403,2 min ton neft (artım 5,8 faiz) nəql olunub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !