Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə köçürmələr 3 dəfə artıb

19:56 | 26.05.2023
Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə köçürmələr 3 dəfə artıb

Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə köçürmələr 3 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə 51.1 milyon manat köçürüb.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, 4 aylıq ödənişin 40.8 milyon manatı özəlləşdirmə, 10.8 milyon manatı isə icarə hesabına təmin edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2.7 dəfə və 25.2 % çoxdur.

Hesabat dövründə 16 hərrac keçirilib. Hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 8 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 198 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu müddətdə hərraca çıxarılmış dövlət əmlakları üzrə 130 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac” proqram təminatı vasitəsilə 26 onlayn qoşulma reallaşıb. İlin ilk 4 ayı ərzində hərrac vasitəsilə 13 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

Dövr ərzində 1 045 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 223-ü qeyri-yaşayış sahələri üzrə, 822-si isə torpaq sahələrinə dair olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM