Budəfəki oxşarladan yalnız biri Azərbaycanda yaşayır, digəri isə Azərbyacana "bağlıdır”
Onun adı uzun illərdir Qarabağ münaqişəsilə yanaşı çəkilir - Anjey Kasprşik.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi olan bu adam 20 ildən çoxdur həmin postu tutur. Əslində yüksək vəzifədir, di gəl ki, 20 ildən çoxdur eyni vəzifəyə mıxlanmış Anjey Kasprşikin Qarabağ münaqişəsinin həllinə 20 qram da köməyi dəyməyib.
Anjey Kasprşikin bu 20 ildəki işi bir-iki köməkçisi ilə cəbhə bölgəsində monitorinq aparmaqdan, ATƏT-in Minsk qrupunun həmsədrlərilə Azərbaycana və Ermənistana gəlib münaqişənin həllini sürətləndirmək əvəzinə, tərəfləri atəşkəsə riayət etməyə çağırmaqdan ibarətdir.
Amma onların çağışı çürük bir qoz qədər də qiymətli deyil, çünki heç vaxt atəşkəsə riayət olunmayıb. Yəni nə Anjey Kasprşiki, nə də həmsədrləri sayıb eləyən var.
Yeri gəlmişkən, Anjey Kasprşik bu vəzifədə qocaldı, ATƏT-in Minsk qrupunun həmsədrləri bir neçə dəfə dəyişsə də, cənab Kasprişikə hələ ki gözün üstə qaşın var deyən yoxdur. Bu adamı hətta doğulduğu və vətəndaşı olduğu Polşada da unudublar. ATƏT-in rəhbərliyində oturanlar isə Kasprşiki Azərbaycanda və Ermənistanda unudulmağa qoymurlar. Sanki cənab Kasprik elə bir əvəzolunmaz diplomatdır ki, kimsə onun kimi işləyə bilməz. Nəysə ki, ATƏT rəhbərliyi Qarabağ münaqişəsilə bağlı hər hansı uğura imza ata bilməyən Anjey Kasprşikdən bərk-bərk yapışıblar. Bu gedişlə hələ onun münaqişə bölgəsinə mənasız səfərlərinə çox şahidlik edəcəyik.
Anjey Kasprşikin oxşarını təqdim edirik. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz
Söhbət Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevdən gedir.
18 ildən çox müdafiə naziri olmuş general polkovnik Səfər Əbiyev 2013-cü il oktyabrın 22-də ölkə başçısının sərəncamı ilə vəzifəsindən azad edildi.
İstefaya göndərilən general hazırda Bakıdakı evində dincəlir. Əbiyevə yaxın mənbənin bildirdiyinə görə, vəzifədən azan olunduqdan sonra bir xeyli vaxt özü ilə bağlı yeni təyinat olacağını gözləyən general, zaman kecdikcə bu ümidini dəfn edib. Deyəsən general Əbiyev xarici ölkələrdən birinə səfir göndəriləcəyini gözləyirmiş. Amma ölkə rəhbərliyi artıq bu praktikadan imtina edib. Yəni vəzifədən alınan sabiq nazirlərin diplomatiya işinə cəlb edilməsi həyata keçirilmədiyindən Səfər Əbiyev ömrünü təqaüdçü kimi keçirməyə məcbur olub.
General-polkovnik Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.
1995-ci il fevralın 5-dən 2013-cü il oktyabrın 22-dək Azərbaycan Respublikasının müdafiə naziri postunu tutub.
Diqqətlə baxanda Anjey Kasprşiklə Səfər Əbiyevin zahiri görünüşündə, saç düzümündə, sifət cizgilərində, baxışlarında xeyli bənzərlik görmək mümkündür.
Aşağıdakı şəkilə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !