Azərbaycandakı xarici şirkətlərin neçə faizi Qarabağa investisiya qoymaq istəyir?

12:46 | 23.09.2021
Azərbaycandakı xarici şirkətlərin neçə faizi Qarabağa investisiya qoymaq istəyir?

Azərbaycandakı xarici şirkətlərin neçə faizi Qarabağa investisiya qoymaq istəyir?

"Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının təqdimatı keçirilib.

Tədbirdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktorunun müavini Nigar Bayramlı çıxış edib.

O bildirib ki, hesabat 2021-ci ilin may-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələri arasında keçirilən Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır:

"Hesabatın hazırlanması üçün Azərbaycanda fəaliyyət göstərən və 30 ölkəni təmsil edən 270 xarici şirkətə sorğu göndərilib, 130 etibarlı və tamamlanmış cavab seçilib. Sorğuda iştirak edən xarici şirkətlərin 88 faizi mikro müəssisələr və KOB-lardır. Şirkətlərin 67 faizi 10 ildən çoxdur ki, Azərbaycanda öz layihələrini həyata keçirir. Respondentlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini stabil qiymətləndirib”,- deyə direktor müavini bildirib. 

O qeyd edib ki, xarici şirkətlərin 57 faizi Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətində olduqlarını bildiriblər:

"Sorğuda iştirak edən xarici şirkətlərin 43 faizi fəaliyyət sahələri üzrə işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü, 17 faizi isə maraqlı olduqlarını qeyd ediblər. Respondentlərin 60 faizi Azərbaycanı əlverişli biznes məkanı kimi tövsiyə edir. Sorğuda iştirak edənlərin 71 faizi ölkəmizdəki siyasi sabitliyi, 49 faizi təhlükəsiz ölkə olduğunu, 39 faizi infrastruktura davamlı sərmayə qoyuluşunu xüsusi vurğulayıb”,-deyə Nigar Bayramlı məlumat verib.

Hesabatda həmçinin, etimad və rəqabət qanununun icrasına dövlət nəzarətinin kifayət qədər olmaması, yüksək ixtisaslı yerli işçi qüvvəsinin çatışmazlığı, inzibati şikayət üzrə prosesin icrasının səmərəsizliyi qeyd edilməklə, bu sahələr diqqətin artırılması tövsiyə olunur.(oxu.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb