Azərbaycandan ABŞ-a sərt reaksiya

17:49 | 16.10.2014
Azərbaycandan ABŞ-a sərt reaksiya

Azərbaycandan ABŞ-a sərt reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin sözçüsünün dünən səsləndirdiyi fikirlərə cavab verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarının Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini tamamilə qəbuledilməz hesab edib:“Azərbaycanda qanunun aliliyi və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub.ABŞ-ın bu kimi əsassız müdaxiləsi qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır.İnsan hüquqlarının xarici siyasət aləti edilərək, siyasi təzyiq göstərmək məqsədilə istifadə olunması cəhdləri artıq çoxdan özünü nüfuzdan salmışdır. İnsan hüquqlarına siyasi mülahizələr, seçimli və ikili standartlar baxımdan yanaşmaq yolverilməzdir.İnsan hüquqlarının “carçısı” qismində çıxış edən dövlətlərin və konkret bu halda, ABŞ-ın Ermənistanın işğalı nəticəsində ən ibtidai hüquqlardan belə məhrum olmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarına və Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş qanlı etnik təmizləmə hallarına diqqətlə yanaşması daha təqdirəlayiq olardı”.Qeyd edək ki, Dövlət Departamentinin sözçüsü Jen Psakinin yaydığı bəyanatda bildirilir ki, ABŞ Leyla Yunusun fiziki təhlükəsizliyi barədə narahatdır."Biz Azərbaycan hakimiyyətini humanitar əsaslarla Leyla Yunusun müstəqil tibbi müayinədən keçirilməsinə ... və daha yaxşı şəraitlə təmin olunmasına çağırırıq". Bəyantada həmçinin Leyla Yunusun həyat yoldaşı Arif Yunusovun da səhhətinin pisləşdiyi qeyd olunur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM