Azərbaycandan AŞPA-ya tələb: "İrəvana sanksiya tətbiq edin"

23:16 | 21.06.2014
Azərbaycandan AŞPA-ya tələb: "İrəvana sanksiya tətbiq edin"

Azərbaycandan AŞPA-ya tələb: "İrəvana sanksiya tətbiq edin"

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-nın sədri Ann Brasörə, Assambleyanın baş katibi Voytsex Savitskiyə, Avropa Şurasının baş katibi Torbörn Yaqlanda, AŞPA-nın Sədarət Komitəsinin və Bürosunun üzvlərinə müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, müraciətdə E.Süleymanov Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini silahlı işğal altında saxladığına görə bu ölkənin AŞPA-dakı nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı onun təşəbbüsü əsasında qətnamə layihəsinin irəli sürüldüyünü və dərc olunduğunu bildirir. Həmçinin layihənin AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalandığını diqqətə çatdırır. 
Deputat bir daha xatırladır ki, layihədə Azərbaycan ərazilərinin işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə sanksiyalar tətbiq etməyə çağırış səsləndirilib. 
Qeyd edilir ki, 14 üzv dövləti təmsil edən 58 nümayəndənin imzaladığı qətnamə layihəsi vaxtında və bütün şərtlərə və qaydalara tam müvafiq irəli sürülmüş, təqdim və dərc edilib. Qətnamə layihəsi artıq Assambleyanın rəsmi sənədidir. 
Qətnamə layihəsi ilə bağlı iyunun 22-də Sədarət Komitəsinin rəyi və iyunun 27-də Büronun qərarı ilə başlayaraq AŞPA-nın səlahiyyətli siyasi qurumları tərəfindən normal siyasi qərar verilməlidir.
E.Süleymanov müraciətində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsinin müzakirələrdən kənarlaşdırılması istiqamətində ədalətsizliyin və ayrı-ayrı qüvvələrin korporativ maraqlarının Avropa Şurasının prinsiplərindən üstün tutulmasının qarşısını almağa çağırıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM