Azərbaycan və Bolqarıstan prezidentəri arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib.
Anews.az-ın məlumatına əsasən, uçuşlar 16 yanvar 2018-ci ildən "Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçiriləcək.
Bolqarıstan paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaq.
Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !