2024-cü ilin yanvar-iyulunda Azərbaycandan bəyan edilən neftin ixracı təqribən 14,7 milyon ton (nomenklatura kodu 2709) təşkil edib ki, bu da 2023-cü ilin yeddi ayı ilə müqayisədə 5,4% azdır.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, hesabat dövründə ixrac edilən neftin ümumi dəyəri 9,2 milyard dollar təşkil edib.
Yanvar-iyulda 22 ölkə Azərbaycandan neft alıb. İyulda alanlar ölkənin neft alıcıları sırasına Uruqvay və İrlandiya da qoşulub..
Yanvar-iyulun aylarında Azərbaycandan ən çox neft alan 5 ölkə aşağıdakılardır.
İtaliya – 3,6 milyard dollara 5,67 milyon ton
İsrail – 1,1 milyard dollara 1,83 milyon ton
Çexiya – 597,1 milyon dollara 941,7 min ton
Hindistan – 568,8 milyon dollara 894,1 min ton
Macarıstan – 547,2 milyon dollara 866,7 min ton
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !