Daha iki azərbaycanlının Suriyaya döyüşə getdiyi barədə məlumat yayılıb. “Qafqazinfo” xəbər verir ki, Ağdaş rayon Aşağı Zeynəddin kənd sakini Məzahir Abdullayev muzd qarşılığında Suriyaya döyüşməyə gedib. Məzahir Abudllayev sələfilərin nümayandəsidir. 1967–ci il təvəllüdlüdür. Ailəli olan Abdullayevin günə 300 dollar muzd qarşılığında döyüşə getdiyi deyilir.Qeyd edək ki, rayonun Şıxlı kənd sakini də eyni məqsədlə Suriyaya gedib. Hələlik həmin şəxsin adını dəqiqləşdirmək mümkün olmadı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !