Gürcüstanın Statistika Xidməti 2014-cü ildə ölkəyə yatırılan birbaşa xarici investisiyaların həcmini açıqlayıb.
2014-cü ildə Gürcüstan iqtisadiyyatına 1,75 milyard dollar xarici investisiya yatırılıb. Bu dövrdə Azərbaycanda qeydiyyatdan keçən şirkətlərin Gürcüstana yatırdığı vəsaitin həcmi 341,4 milyon dollar təşkil edir.
Bu göstərici ilə Azərbaycan ikinci pillədə yer alıb. Gürcüstana ən çox sərmayə qoyan ölkə isə Hollandiyadır. Bu ölkənin şirkətləri 2014-cü ildə qonşumuza 373,7 milyon dollar kapital qoyuluşu gerçəkləşdirib.
Digər iri investorlara gəlincə onların arasında Çin (217,9 milyon dollar), ABŞ (181,9 milyon dollar), Lüksemburq (109,6 milyon dollar), Birləşmiş Ərəb Əmirlikləri (107,6 milyon dollar), Rusiya (82,2 milyon dollar) və Türkiyə (63,1 milyon dollar) yerləşib.
Gürcüstan Statistika Xidmətinin məlumatına görə 2015-ci ilin 1-ci rübündə birbaşa xarici investisiyaların həcmi cari ilin eyni dövrü ilə müqayisədə 43,3% azalıb və 175 milyon dollar təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !