Azərbaycandan koronavirus haqda rəsmi açıqlama: "Ailə üzvləri ilə təmasda olmasınlar"

09:44 | 28.02.2020
Azərbaycandan koronavirus haqda rəsmi açıqlama:

Azərbaycandan koronavirus haqda rəsmi açıqlama: "Ailə üzvləri ilə təmasda olmasınlar"

TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı koronavirusla bağlı danışıb.

"Yeni Sabah" xəbər verir ki, TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı REAL TV-yə müsahibə verib. O bildirib ki, panika üçün heç bir əsas yoxdur. TƏBİB-in idarə heyətinin sədri əlavə edib ki, dövlət bütün işləri görüb.

Ramin Bayramlının sözlərinə görə, sağlam adamların maskadan istifadə etməsinə ehtiyac yoxdur. TƏBİB-in idarə heyətinin sədri təhsil müəssisələrində təhlükə olmadığını açıqlayıb:

"Şəxsi gigiyena qaydalarına əməl etməkdən başqa heç nəyə ehtiyac qalmır. Xəstəlik əlamətləri hiss edən şəxslər evdə qoruyucu maskadan istifadə etsinlər. Təcili yardım ünvana gələnə kimi ailə üzvləri ilə təmasda olmasınlar. Həmin şəxslər özləri tibb ocaqlarına gəlməsinlər.

103 və 113 xidmətinə zəng etsinlər. İcazə verin onu biz həyata keçirək. Çünki biz tibb işçilərimizi də qorumalıyıq. Bizim tibb işçilərimiz xüsusi geyimlərlə təchiz olunub. Zəng edərkən xüsusi riskli bölgədən gəldiklərini söyləməlidirlər ki, bizim tibb işçiləri əvvəldən hazırlıqlı olsun".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb