Azərbaycandan Ümrə ziyarətinə növbəti qrup martın 17-də yola düşəcək

23:25 | 10.03.2017
Azərbaycandan Ümrə ziyarətinə növbəti qrup martın 17-də yola düşəcək

Azərbaycandan Ümrə ziyarətinə növbəti qrup martın 17-də yola düşəcək

Onlardan 50 faizi 2230, 50 faizi isə 1590 dollarlıq xidmət paketindən istifadə edib.

REPORT.AZ/ Azərbaycandan Ümrə ziyarətinə növbəti qrup martın 17-də yola düşəcək.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, bu dəfə Səudiyyə Ərəbistanına 60 nəfərlik qrup gedəcək: "Bəzi insanlar işlə əlaqədar vaxtları olmadığından Ümrə ziyarətini Novruz bayramı tətili günlərində həyata keçirirlər".

H.Babayev bildirib ki, Ümrə ziyarətinə bu dəfə gedən qrupun 50 faizi 2230, 50 faizi isə 1590 dollarlıq xidmət paketindən istifadə edib. 

QMİ rəsmisi Azərbaycandan bu mövsüm ümumillikdə 260 nəfərin Ümrə ziyarətinə getdiyini də vurğulayıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti