Azərbaycandan Somaya yardım

14:51 | 23.05.2014
Azərbaycandan Somaya yardım

Azərbaycandan Somaya yardım

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri Somadakı kömür mədənində həlak olanların ailələrinə yardım edəcək. ANS PRESS-in məlumatına görə, Azərbaycanın Ankaradakı səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında 28 May - Respublika Günü münasibətilə nəzərdə tutulmuş tədbirlər təxirə salınıb. Səfirlikdən verilən məlumata görə, bu mərasimlər üçün ayrılmış vəsait Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş vermiş qəzada həlak olanların ailələrinə təqdim olunacaq.Tədbirlərin ləğv edilməsi ilə bağlı məlumat mərasimlərə dəvət olunan şəxslərə və KİV-lərə göndərilib. Qeyd edək ki, Soma mədənində faciəsi mayın 13-də günorta saatlarında bş verib. Transfarmatorun partlaması nəticəsində mədəndə 301 nəfər ölüb. Onlarla işçi yaralanıb. Türkiyədə 3 gün matəm elan edilmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM