Azərbaycandan xaricə gedən vətəndaşların sayı artıb

12:36 | 21.05.2024
Azərbaycandan xaricə gedən vətəndaşların sayı artıb

Azərbaycandan xaricə gedən vətəndaşların sayı artıb

2024-cü ilin  yanvar-aprelində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 % artaraq 638,2 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, İrana gedən ölkə vətəndaşlarının sayı 43,8 %, Türkiyəyə gedənlərin sayı 27,0 %, Gürcüstana gedənlərin sayı 25,2 %, Rusiyaya gedənlərin sayı 16,7 % artıb. Azərbaycan vətəndaşlarının 38,2 %-ni Türkiyəyə, 21,7 %i Rusiyaya, 9,1 %-ni Gürcüstana, 8,7 %i İrana, 22,3 %-ni digər ölkələrə səfər edib. Gedənlərin 67,5 %-ni kişilər, 32,5 %-ni qadınlar təşkil edib.

4 ay ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,6 %-i hava, 30,0 %-i dəmir yolu və avtomobil, 2,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.
 
Cari ilin yanvar-aprelində Azərbaycana 174 ölkədən 726,4 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 38,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
 
2027-ci ilə qədər turizmin inkişafına dair "yol xəritəsi”nin icrası Rusiya Federasiyası və Azərbaycanın qarşılıqlı turist axınını 40% artıracaq. 2023-cü ildə qarşılıqlı turist səfərlərinin sayı 1,5 dəfə artıb. Azərbaycana 475,6 min Rusiya vətəndaşı, 258,6 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti