Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb- STATİSTİKA

14:39 | 18.01.2024
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb- STATİSTİKA

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb- STATİSTİKA

2023-cü ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci illə müqayisədə 25,5 % artaraq 1 868,7 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Məlumata görə, ötən il Rusiyaya gedənlərin sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,8 %, Türkiyəyə gedənlərin sayı 24,3 % artıb, İrana gedənlərin sayı 27,7 % azalıb. Ölkə vətəndaşlarının 43,6 %-i Türkiyəyə, 21,5 %-i Rusiyaya, 9 %-i Gürcüstana, 7,6 %-i İrana, 18,3 %-i digər ölkələrə səfər edib. Gedənlərin 64,9 %-ni kişilər, 35,1 %-ni qadınlar təşkil edib.

Azərbaycan vətəndaşlarının 67,5 %-i hava, 30 %-i dəmir yolu və avtomobil, 2,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.
 
2023-cü ildə ən çox turist 3 Asiya ölkəsindən gəlib. Belə ki, Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq 692,6 min nəfərə çatıb.
 
Aytac Zeynalova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM