"Azərbaycanı insan haqlarının pozulduğu ölkə kimi təqdim etmək heç bir həqiqətə uyğun gəlmir."
Trend-in məlumatına görə bu fikirləri, Avropa Şurası Parlament Assambleyasının ( AŞ PA) ikinci iş günündə qurumun Azərbaycan həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeusz İvinski (Polşa) tərəfindən hazırlanan "Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatın müzakirəsi zamanı Azərbaycanın nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.
"Artıq yetər. Azərbaycanı insan haqlarının pozulduğu ölkə kimi təqdim etmək heç bir həqiqətə uyğun gəlmir. Siz burada Azərbaycanda həbs olunan insanlardan danışdınız. Bəs niyə görə ön xəttdə öldürülən insanların insan haqlarından danışmırsınız.? O cümlədən valideynləri Dağlıq Qarabağda qeyri-qanuni həbsdə saxlanılan uşaqların haqlarından. Biz qeyri-qanuni həbslə bağlı bir söz belə eşitmədik. Siz bizdən üzərimizə götürdüyümüz öhdəliklərə əməl etməyəi tələb edirsiniz. Əgər siz öz işinizi düzgün yerinə yetirirsinizsə, onda soruşuram: necə olur ki, bu gün Azərbaycanı tənqid edənlər öz ölkələrinizdə insan haqlarına riayəti təmin etməyə qadir belə deyillər?. Azərbaycanı tənqid etməzdən əvvəl, öz ölkənizi haqqında düşünün. Avropa Olimpiya Komitələrinin iclasında Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürdü. Bundan sonra bir çox ölkələr Azərbaycanı tənqid etməyə başladılar” - deyə Seyidov deyib.
Millət vəkili habelə ölkədə həyata keçirilən islahatlardan da danışıb.
"Biz korrupsiyaya qarşı mübarizəyə dair proqramlar hıyata keçirməyə başladıq. Çoxlu sayda məsələr öz həllini tapdı. Buna görə bizi tənqid edirsiniz? Biz əlimizdən gələni edirik. Bu gün bizim Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına dair Avropa İnsan Haqları Məhkəməsinin qərarı var. Siz isə hesabatın qətnamə layihəsindək 1-ci bəndin çıxarılması üçün əlinizdən gələni edirsiniz. Halbuki, həmin bənddə Ermənistanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğal etməsi faktı öz əksini tapıb. Maraqlıdır. İnsan haqlarının qorunması üçün mübariəz aparanlar bu bəndi hesabatdan çıxarmaq üçün hər şeyi edirlər. Bu gün Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. 15 il bundan əvvəl biz Avropa Şurasına üzv olduq. Paylaşdığımız dəyərləri həyata keçirən və insan haqlarının müdafiəsi üçün mübarizə aparan bir ölkədə hansı vəziyyətin şahidi olmaq istəyirsinz? Buna görə sizi gələcək haqqında dərindən fikirləşməyə dəvət edirəm. Təkcə Azərbaycanın yox, eləcə də Avropanın gələcəyi üçün fikirləşmək lazımdır”- nümayəndə heyətinin sədri bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !