Rusiya Baş qərargahının sabiq rəisi Yuri Baluyevski bəzi postsovet məkanı ölkələrinin də Rusiyada qadağan edilmiş "İslam dövləti” (İŞİD) ekstremist qruplaşmasına qarşı əməliyyatlara qoşulmalı olduqlarını hesab edir, belə ki, islamçılar ilə mübarizədə onlar Moskvadan heç də az maraqlı deyillər.
Oxu.Az TASS-a istinadən xəbər verir.
"Bu dövlətlər niyə İŞİD-lə qarşıdurmadan kənarda qalmalıdırlar? Onlar İŞİD-in darmadağın edilməsində Moskvadan az maraqlı deyillər, çünki bu qruplaşma onlar üçün də eyni təhlükəni daşıyır”, - deyə bəyan edən Baş qərargahın sabiq rəisi, belə əməliyyatın potensial iştirakçıları arasında Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın və Tacikistanın adını çəkib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !