2023-cü ilin yanvar-oktyabrında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatının həcmi 25,3 milyon ton, ixracı isə 21 milyon ton olub. Bunu energetika naziri Pərviz Şahbazov "X” sosial şəbəkə hesabında bildirib.
O bildirib ki, bu dövrdə 4,2 % artımla hasil edilmiş 40,1 milyard kubmetr təbii qazın isə 19,8 milyard kubmetri ixrac olunub.
Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.
Türkiyəyə Azərbaycanın "Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.
İstismara veriləndən bu ilin oktyabrın 1-nə qədər "Şahdəniz” yatağından 202,5 milyard kubmetrə yaxın qaz hasil edilib.
Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın 143 milyard kubmetr həcmi ixraca nəql edilib.
"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.
15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri "Şahdəniz” Mərhələ-1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.
"Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni "Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda "Şahdəniz Bravo” platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib.
Aytac Zeynalova

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !