Azərbaycanın 20-25 milyon ton neft nəql etmək imkanı var

14:55 | 06.06.2024
Azərbaycanın 20-25 milyon ton neft nəql etmək imkanı var

Azərbaycanın 20-25 milyon ton neft nəql etmək imkanı var

Azərbaycan hər il 20-25 milyon ton nefti qəbul edib daşımağa qadirdir. Bunu SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda Xəzər sahilində Dübəndi terminalları (ildə 10 milyon ton neft və neft məhsulları üçün) və Qaradağ rayonunda bir neçə terminal var.

O qeyd edib ki, bu infrastruktur boru kəməri sistemi (Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa), həmçinin  Gürcüstan və Türkiyənin Qara dəniz limanlarına gedən dəmir yolu xətti ilə bağlıdır.

"Xəzəryanı ölkələr, xüsusən də Qazaxıstan və Türkmənistan Azərbaycamın tranzit potensialından istifadə edirlər”, - Qəhrəmanov vurğulayıb.

O əlavə edib ki, ötən il Qazaxıstan Azərbaycandan  tranzitlə təxminən 1,4 milyon ton neft ixrac  edib. 

"Bu il 2,2 milyon ton neft ixracı ilə bağlı razılaşma var idi ki, hazırda bu həcmin ildə 5-7 milyon tona çatdırılması məsələsi müzakirə olunur”, - Qəhrəmanov deyib. 
 
Qəhrəmanovun sözlərinə görə, Xəzər dənizi və Azərbaycan vasitəsilə neft və neft-kimya məhsullarının ixracının  artması Orta Dəhlizin aktuallığını artırır.

"Hazırda xarici şirkətlər Orta Dəhlizin əhəmiyyətini dərk edir və onun inkişafını maliyyələşdirməyə hazırdırlar, məsələn, BƏƏ şirkətləri və digər investorlar buna misal ola bilər", - o vurğulayıb.

Qəhrəmanovun sözlərinə görə, Orta Dəhliz multimodaldır, yüklər gəmilərlə konteynerlərdə, o cümlədən neft və neft məhsulları tankerlərdə daşınır və həcmlər artır.

Orta Dəhliz 10 ildir fəaliyyət göstərir, lakin geosiyasi reallıqlara görə son 2-3 ildə ən aktiv şəkildə inkişaf edir.

2023-cü ildə oradan 2,7 milyon ton yük keçib (bu il həcmin 4,2 milyon ton olması planlaşdırılır).


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM