Azərbaycanın 2020-ci il üzrə büdcə zərfi Milli Məclisə daxil olub

10:47 | 21.10.2019
Azərbaycanın 2020-ci il üzrə büdcə zərfi Milli Məclisə daxil olub

Azərbaycanın 2020-ci il üzrə büdcə zərfi Milli Məclisə daxil olub

Gələn ilin büdcə zərfi Milli Məclisə daxil olub.

Büdcə zərfinə "2020-ci il dövlət büdcəsi haqqında”, " 2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

Sənəd yaxın vaxtlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Həmçinin dövlət büdcəsi zərfinə daxil olan məsələlər Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-ü keçiriləcək plenar iclasında müzakirəyə ediləcək. (APA)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM