2023-cü il Azərbaycanın qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40,4% artaraq 26 milyard 623 milyon 473, 52 min kubmetr təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Qaz ixracının dəyəri 13 milyard 678 milyon 344,14 min dollar təşkil edib.
Azərbaycan hazırda bir sıra Avropa ölkələri ilə qaz tədarükü ilə bağlı danışıqlar aparır. Bunu ölkə prezidenti İlham Əliyev yerli telekanallara verdiyi müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, Avropada Azərbaycan qazına ehtiyac var və bu tələbatı ödəmək üçün ölkədə lazımi resurs bazası var.
Eyni zamanda, Əliyev qeyd edib ki, gələcəkdə Azərbaycan yeni qaz infrastrukturu yarada bilər.
Hazırda Aİ-nin Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !