Azərbaycanın 4 filmi beynəlxalq festivala dəvət aldı

18:57 | 21.12.2016
Azərbaycanın 4 filmi beynəlxalq festivala dəvət aldı

Azərbaycanın 4 filmi beynəlxalq festivala dəvət aldı

"4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan "Qonşu qadın”, "Yuxarıda və aşağıda”, "Kədərim” və "Dmitrov küçəsi 86” qısametrajlı bədii filmləri Bolqarıstanın "Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb.
 
ANN.Az Azərtac-a istinadən xəbər verir ki, festival yanvarın 12-dən 29-dək Sofiya şəhərində keçiriləcək.

 
C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, filmlərimiz festivalın "Fokus” proqramında nümayiş olunacaq.

 
Qeyd edək ki, Mirbala Səlimlinin "Qırmızı bağ” tammetrajlı bədii filmi də festivala dəvət alıb. Azərbaycan filmlərinin ilk dəfə iştirak edəcəyi festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı İslam dünyasının iddiali audiovizual əsərləri ilə tanış edir.
 
"4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM