Azərbaycanın 6 telekanalında ədəbi dil normalarına riayət olunması yoxlanılır

17:00 | 30.05.2017
Azərbaycanın 6 telekanalında ədəbi dil normalarına riayət olunması yoxlanılır

Azərbaycanın 6 telekanalında ədəbi dil normalarına riayət olunması yoxlanılır

"Ölkədə ədəbi dil normalarının pozulmasını yoxlamaq məqsədilə 6 televiziya kanalı monitorinqə cəlb olunub”.

Anews.az-ın report-a istinadən verdiyi məlumata görə, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva "Telekanalların dil mənzərəsi” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, budəfəki monitorinqə dövlət televiziyası da cəlb olunub: 

"Monitorinqə AzTV, İTV, "Space”, "Lider”, "Xəzər” və ATV daxil edilib. Həm xəbər, həm də əyləncə verilişləri tədqiqata cəlb olunub”. 

Mütəxəssis bildirib ki, dillə bağlı bəzi televiziya verilişlərində vəziyyət yaxşılaşsa da, bəzi qüsurlar hələ də müşahidə olunmaqdadır: "Əyləncə verilişlərində isə vəziyyət, demək olar, dəyişmir”.

O qeyd edib ki, telekanallarda fonetik səviyyədə üstünlük təşkil edən norma pozuntularından biri də samitlərin tələffüzü ilə bağlıdır: "Qida” – "gida”, "qeyd” – "geyd” və s. nümunələri göstərə bilərik. Bundan başqa, vurğu düzgün qoyulmur. Vurğunun düzgün qoyulmaması mənanın düzgün başa düşülməməsinə, hətta tamaşaçının yorulmasına gətirib çıxarır. Monitorinqlər zamanı dialekt faktlarına da rast gəlinib”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti