"Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını istisna etmirik”

15:00 | 26.10.2015

"Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını istisna etmirik”

Rusiyada səfərdə olan Azərbaycan sənaye və iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova rusiyalı jurnalistlərin suallarını cavablandırarkən maraqlıı açıqlamalar verib. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir müavini Azərbaycanın Avrasiya İttifaqına üzv olmasının mümkünlüyündən danışıb:

"Biz Azərbaycana xeyir gətirəcək ittifaqlara üzvlüyün mümkün olduğunu düşünürük. Bunun üçün təşkilatlara üzv olmağımızın müsbət və mənfi cəhətlərini analiz etmək, detallı dəyərləndirmələr aparmaq lazımdır”.

Avrasiya İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayan iqtisadi birlikdir. Birliyin üzvləri Rusiya, Belarus, Qazaxıstan və Ermənistandır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM