Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi 2023-cü ilin sonunda 21,4 milyard avro təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 35,3% azdır. Bu barədə Avropa İttifaqının Statistika Departamenti (Eurostat) məlumat verib.
2023-cü ildə ticarət dövriyyəsinin azalması əmtəə dövriyyəsinin əsasını təşkil edən neft və qazın qiymətlərinin 2022-ci ilə nisbətən aşağı düşməsi ilə bağlıdır.
Statistik məlumatlara görə, ötən ilin birinci rübündə xarici ticarətin həcmi 5,9 milyard avro (illiklə müqayisədə 3,4% azalma), ikinci rübdə - 5,5 milyard avro (azalma 28,3%), üçüncü rübdə – 5 milyard avro (2,1 dəfə azalma), dördüncü rübdə – 5 milyard avro (43,7% azalma) təşkil edib.
2023-cü ilin sonunda Azərbaycanın Aİ ölkələri arasında əsas ticarət tərəfdaşları bunlardır İtaliya – 12,3 milyard avro (azalma 40,3%), Çexiya – 1,4 milyard avro (azalma 4,3%), Almaniya – 1,36 milyard avro (azalma 37,8%), Yunanıstan - 1,32 milyard avro (azalma 45,1%) və İspaniya - 0,9 milyard avro (azalma 36,2%) olub.
2023-cü ildə Azərbaycandan Aİ ölkələrinə ixrac birinci rüb də daxil olmaqla 19,1 milyard avro (azalma 38,6%) , ikinci rübdə 5,3 milyard avro (8,2% azalıb), üçüncü rübdə - 4,9 milyard avro (azalma 31,8%), dördüncü rübdə - 4,4 milyard avro (2,2 dəfə azalma) təşkil edib.
Beləliklə, 2023-cü ildə Azərbaycanın Aİ ölkələri ilə ixrac-idxal münasibətlərində müsbət saldosu 16,8 milyard avro (azalma 42,3%) təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !