Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi kəskin azalıb

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 32,34% azalaraq 205-ci ilin yanvar-avqust ayları ərzində 6 650,5 mln. ABŞ dolları təşkil edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixracın həcmi 38,9% azalaraq 4 906,3 mln. dollar, idxal isə 3,04% azalaraq 1 744,1 mln. dollar olub. Statistikaya əsasən, Avropa İttifaqı ölkələri ilə ticarət əməliyyatlarının həcmi cəmi ticarət dövriyyəsində 47,23% paya sahib olub. Bu ölkələrin ixracda xüsusi çəkisi 59,95%, idxalda isə 29,57% təşkil edib.
Bildirək ki, Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin 29,35%-i və ya 1 951,8 mln. dolları İtaliyanın payına düşüb. İtaliya ilə ixrac illik 53,94% azalaraq 1 641,4 mln. dollar, idxal isə əksinə 86,86% artaraq 310,4 mln. dollar təşkil edib.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat
17:04
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir

İqtisadiyyat
12:47
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov

İqtisadiyyat
11:07
Azərbaycan 2026-cı ilə qədər Bakı limanının gücünü 25 milyon tona çatdırmağı planlaşdırır — Elnur Əliyev