Azərbaycanın axtarışa verdiyi erməni milyarder kimdir? – DOSYE

13:05 | 18.06.2021
Azərbaycanın axtarışa verdiyi erməni milyarder kimdir? – DOSYE

Azərbaycanın axtarışa verdiyi erməni milyarder kimdir? – DOSYE

Azərbaycan Respublikasının Baş Prokurorluğu "Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib.

 Baş Prokurorluğun axtarışa verdiyi Samvel Karapetyan Rusiyada yaşayan ən varlı erməni hesab olunur.
Məşhur "Forbes” nəşrinin açıqladığı hesabata görə Samvel Karapetyan 4,1 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamları sıralamasında 568-ci, Rusiyanın ən varlı adamlarının siyahısında isə 29-cu sırda yer alıb.

Samvel Karapetyan 18 avqust 1965-ci ildə Ermənistanın SSR-nin Kalinino (Taşir) rayonunda anadan olub. 1992-ci ildə Rusiyaya köçüb. 1997-ci ildə Kaluqa şəhərində istehsal, inşaat, enerji,  tədarük və satış  şirkətlərini özündə birləşdirən "Taşir” şirkətlər qrupunu yaradıb. Samvel Karapetyan hazırda tərkibində  ticarət mərkəzləri, otellər, yaşayış binaları, kinoteatrlar, pərakəndə satış şəbəkələri və restoranların da olduğu ümumilikdə Rusiya iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox şirkətə rəhbərlik edir.

Rusiyadan başqa Samvel Kaerapetyanın Ermənistan və Gürcüstanda da böyük biznes layihələri var. Hazırda Gürcüstanın enerji bazarında böyük paya sahib olan "Kaskad Gürcüstan" şirkətinin səhimlərinin 95%-i Rusiyanın "Kaskad Enerqo Bit" şirkətinə məxsusdur. "Kaskad Enerqo Bit" şirkəti isə Samvel Karapetyanın sahibi olduğu "Taşir" şirkətiə bağlıdır.

Qeyd edək ki, ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiyalı iş adamları arasında Samvel Karapetyanın da adı var.
Samvel Karapetyan 2000-ci ildə "Taşir” Xeyriyyə Fondunu qurub.

2020-ci ildə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən azad edilməsi üçün girovun bir hissəsini Samvel Karapetyan ödəyib.
4 avqust 2020-ci ildə Beyrut limanında baş verən partlayışdan sonra Samvel Karapetyan Beyrut ermənilərinə dəstək verəcəyini elan edib və zədələnən Müqəddəs Gevorg Kilsəsinin bərpasına 200 min dollar ayırıb.

Məlumat üçün qeyd edək ki, Samvel Karapetyan Azərbaycan Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM