2023-cü ilin yanvar-noyabrında Azərbaycanın bank sektoru 997,4 milyon manat xalis mənfəət əldə edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur. Bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.
Son 1 ayda Azərbaycan bank sektorunun xalis mənəəti 89,2 milyon manat artıb.
11 ay ərzində bankların əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 23,8% artaraq 4 milyard 393,4 milyon manat, əməliyyat xərcləri 24,9% artaraq 2 milyard 828,3 milyon manat, mənfəət vergisi ödəmələri 29,5 % artaraq 254,6 milyon manat təşkil edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !