Azərbaycanın baş cərrahı işdən çıxmaqla bağlı ərizə yazdı

12:32 | 29.09.2015
Azərbaycanın baş cərrahı işdən çıxmaqla bağlı ərizə yazdı

Azərbaycanın baş cərrahı işdən çıxmaqla bağlı ərizə yazdı

Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasının direktoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssisi, ölkənin baş cərrahı, əməkdar həkim Hacıqulu Bağırov işdən çıxmaq haqqında ərizə yazıb.

 "Report"un sorğusuna cavab olaraq ATU-nun mətbuat xidməti məlumatı təsdiqləyib.

Məlumatda bildirilib ki, klinikanın direktoru əməliyyatların çoxluğunu əsas gətirərək direktor vəzifəsindən çıxmaq istəyib və bu səbəbdən də ərizə yazıb: "Ərizə hələlik təsdiqlənməyib. Hazırda o, iş başındadır. Ərizəyə Səhiyyə Nazirliyində baxılacaq".

Xatırladaq ki, Hacıqulu Bağırov 2013-cü ildə - Klinikanın açılışından bəri klinikanın direktoru vəzifəsində çalışır.
Qeyd edək ki, Hacıqulu Bağırov Səməd oğlu 2004-2006-cı illərdə Dövlət xətti ilə Səudiyyə Ərəbistanında cərrah-mütəxəssis kimi işləyib. O, 2000-ci ildən Azərbaycanın əməkdar həkimidir, "Tərəqqi" medalı ilə təltif olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM