Beləliklə, bu dəfə ölkəmizin şimal-qərbində yerləşən Quba rayonunun Xınalıq kəndindən danışacağıq. Yəqin ki, bu xəbəri oxuduqca gözünüzün önünə sıldırım qayaları, gözəl təbiəti və çox keçmişə dayanan tarixi olan bir kənd gələcək.
Dünyanın ən yüksək yaşayış məntəqələrindən hesab olunan bu kənd həm də bəşər tarixinin ən zəngin etnoqrafik dəyərlərdən biri kimi qiymətləndirilir. Kəndin adının tarixlə heç bir əlaqəsi yoxdur. Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq qoyulub. Xınalıq öz təbiəti ilə də bölgənin seçilənlərindəndir. Tufandağın ətəyində 3500 metr hündürlüyündə 3 müxtəlif göl yerləşir. Göllər bulaq suyu və qar hesabına yaranıb. Amma göllərin arasındakı gözəgörünməz əlaqə onların birləşmiş qablar kimi eyni səviyyədə qalmasına səbəb olur. Əfsanəyə görə, keçmişdə bu göllərdən ən böyüyündə taxta parçaları üzürmüş. Deyilənlərə görə, bu taxta parçaları Nuhun gəmisinin parçaları idi. Məhz buna görə də xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmayıb.
Bir maraqlı fakt isə odur ki, bu kənddə "qar adam" yaşayır. Kəndin 50-60 faizi zaman-zaman "qar adamı" ilə rastlaşdığını deyir. Kəndin əhalisinin "qar adamı" ilə bağlı danışdığı faktlar fərqli olsa da, onun görünüşü haqda demək olar eyni təsvir yaradılıb. Onların dediklərinə görə, "qar adamı"nın qəribə bədən ölçüləri - 3 metrlik boyu var və bütün bədəni tüklə örtülüdür.
Qeyd edək ki, xınalıqlılarının əcdadları barədə məlumatlara Strabon və Plininin əsərlərində rast gəlinir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !