Azərbaycanın bu təşkilata üzvlüyü barədə danışıqlar KEÇİRİLƏCƏK

14:47 | 17.05.2022
Azərbaycanın bu təşkilata üzvlüyü barədə danışıqlar KEÇİRİLƏCƏK

Azərbaycanın bu təşkilata üzvlüyü barədə danışıqlar KEÇİRİLƏCƏK

2022-ci ildə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üzrə növbəti danışıqlar keçiriləcək. Bu barədə İqtisadiyyat nazir Mikayıl Cabbarov bildirib.
 
Nazir Azərbaycancanın Ümumdünya Ticarət Təşkilatına tamhüquqlu üzv kimi qoşulacağını söyləyib.

"Beynəlxalq və dünya ticarət sistemi ənənəvi konyukturadan fərqli bir təkamülə keçməkdədir. Növbəti onilliklər ərzində onun əsas elementləri regionlaşma və qloballaşmadır. Azad ticarət ideyası köhnəlməyəcək. Sadəcə dəyişikliklər olacaq. Sual yarana bilər ki, əgər belədirsə niyə biz hələ də ÜTT-yə üzv deyildik? Suala cavab kimi ÜTT-nin qızıl qaydasını xatırladım. Nə qədər çox vaxt keçərsə və yaxud da ki, nə qədər ÜTT-də ölkələrin sayı çox olarsa, bir o qədər qəbul prosesi uzanır. Çünki artıq ÜTT-də olan ölkələr öz tələblərinin də nəzərə alınmasını tələb edirlər. Yəni başqa qəbul edilən ölkələrə xitabən, öz tələblərini irəli sürürlər. Bu da öz növbəsində gözləmə müddətini uzadır",-  nazir deyib.
 
Azərbaycanın ÜTT-yə üzv olması 1990-cı illərin sonlarından bəri müzakirə olunur. Azərbaycanın ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 23 iyun 1997-ci il tarixində ÜTT Katibliyinə təqdim edilmiş və həmin ildən Azərbaycan ÜTT-yə qəbul prosesinə və bu təşkilatla əməkdaşlığa başlamışdır. Azərbaycanın ÜTT-yə üzv olma prosesinin sürətləndirilməsində çoxtərəfli danışıqlar davam etdirilir. 

Ümumdünya Ticarət Təşkilatı 1995-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT – General Agreement on Tariffs and Trade) varisi kimi yaradılmış beynəlxalq təşkilat.dır. ÜTT millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilat hesab edilir. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Təşkilat yeni olsa da, çoxtərəfli ticarət sistemi 1940-50-ci illərdən etibarən GATT çərçivəsində yaradılmışdır.Ötən 50 il ərzində dünya ticarətində yüksək artım müşahidə olunur. Məhsul ixracı orta hesabla ildə 6% artır. 1997-ci ildə ümumi ticarət 1950-ci illə müqayisədə 14 dəfə artmışdır. GATT və ÜTT iqtisadi artıma təkan verən güclü və perspektivli ticarət sisteminin yaradılmasına köməklik göstərmişlər.

ÜTT-nin dünya ticarətinin 97%-dən artığını əhatə edən 160 üzvü var, müşahidəçi ölkələrin sayı 24-dür. Vatikan istisna olmaqla qalan 23 ölkə ilə üzvlük barədə danışıqlar davam etdirilir. Qərarlar bütün üzvlərin razılığı ilə qəbul olunur. Bu adətən konsensus əsasında baş verir. Səslərin əksəriyyəti ilə də qərar qəbulu mümkündür, lakin bu ÜTT-də indiyədək heç vaxt baş verməyib, ÜTT-nin sələfi olan GATT-da isə çox nadir hallarda baş verib. ÜTT-nin qərarları bütün üzv ölkələrdə ölkə parlamentləri tərəfindən ratifikasiya olunur. 
 
Ləman Qasımova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM