Azərbaycanın böyük supermarketləri “Johnsons” şirkətini boykot etdi

23:21 | 01.11.2020
Azərbaycanın böyük supermarketləri “Johnsons” şirkətini boykot etdi

Azərbaycanın böyük supermarketləri “Johnsons” şirkətini boykot etdi

Azərbaycanın ən böyük supermarketlər şəbəkələri "Rahat”, "Bravo”, "Grandmart”, "Bolmart” bir neçə saat ara ilə "Johnsons” şirkətinə aid məhsulları boykot edib, onlara aid hər şeyi vitrinlərdən yığışdırıb.


Qaynarinfo xəbər verir ki, bu addım "Johnson@Johnson” şirkətinin Tvitter hesabındakı paylaşımında Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.


Verilən məlumata görə, şirkət bundan sonra geri addım ataraq rəsmi Tvitter səhifəsində yeni post paylaşmağa məcbur olub və həm Ermənistan, həm də Azərbaycan tərəfdə zərər görənlərə humanitar yardım üçün Qırmızı Xaç Komitəsinə yardım edəcəklərini bildirib. Öncə isə bu yardım təkcə Ermənistan tərəfə nəzərdə tutulmuşdu.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb