Azərbaycanın daha bir cüdoçusu Böyük Dəbilqə turnirini buraxacaq

21:00 | 01.02.2023
Azərbaycanın daha bir cüdoçusu Böyük Dəbilqə turnirini buraxacaq

Azərbaycanın daha bir cüdoçusu Böyük Dəbilqə turnirini buraxacaq

Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak etməyəcək.

Federasiyadan verilən məlumata görə, 66 kq çəki dərəcəsində yer alan Orxan Səfərov xəstələndiyi üçün yarışa qatılmayacaq.

O, yüksək hərarət və öskürək səbəbindən milli komandanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yığmanın heyətindən çıxarılıb.

Səfərovun müalicəsinə dərhal başlanılıb və onun ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Daha əvvəl Kəramət Hüseynovun (60 kq) zədə səbəbindən Böyük Dəbilqəni buraxacağı açıqlanıb. Yarış 4-5 fevralda təşkil olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti