Azərbaycanın dəniz limanları fəaliyyətlərini genişləndirilib

12:40 | 18.12.2023
Azərbaycanın dəniz limanları fəaliyyətlərini genişləndirilib

Azərbaycanın dəniz limanları fəaliyyətlərini genişləndirilib

Azərbaycanın dəniz limanları 2023-cü ilin yanvar-noyabrında yüklərin daşınmasını 2022-ci ilin 11 ayı ilə müqayisədə 14,8% artıraraq 12 milyon 307,7 min tona çatdırıb. Bu barədə  Dövlət Statistika Komitəsi  məlumat verib. 

Ümumi həcmin 10 milyon 190,4 min tonu və ya 82,8 faizi beynəlxalq tranzit yüklər, 17,2 faizi yerli yüklər olub. 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə tranzit yüklərin daşınmasının həcmində artım 2,8% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il dekabrın 1-nə Azərbaycanın limanlarında 405,8 min ton yük qalıb.

 2022-ci ildə Azərbaycanın dəniz limanları ilə yüklərin daşınması 11 milyon 750,6 min ton (artım 32,4%) təşkil edib.

Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının Dübəndi və Səngəçalda böyük neft terminalları var. Bundan əlavə, Ələt kəndində yeni Bakı Beynəlxalq Dəniz Limanının ərazisində 2014-cü ildə bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM