Azərbaycanın dövlət sərhədində giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı - RƏSMİ

12:14 | 29.04.2020
Azərbaycanın dövlət sərhədində giriş-çıxışa  qoyulan məhdudiyyət uzadıldı - RƏSMİ

Azərbaycanın dövlət sərhədində giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı - RƏSMİ

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılır, bu barədə Nazirlər Kabineti nəzdində yaradılan Operativ  Qərargah məlumat yayıb. 
 
Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində  giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salmışdır.
 
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilmiş və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılmışdır.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb