• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın dövlət şirkətləri son bir ildə $77 milyon dividend ödəyib

Azərbaycanın dövlət şirkətləri son  bir ildə $77 milyon dividend ödəyib
24.05.2023 17:01
2022-ci ildə dövlət şirkətləri və kapitalında dövlət payı olan kredit təşkilatları Azərbaycanın dövlət büdcəsinə ümumilikdə 130 milyon 656,8 min manat (bu il 76,8 milyon ABŞ dolları) dividend ödəyib ki, bu da 2021-ci illə müqayisədə 2,9% çoxdur.Bu barədə Hesablama Palatasıın 2022-ci ildə dövlət büdcəsinin icrasına dair rəyində bildirilir. 

Eyni zamanda, 2022-ci ildə dövlət şirkətləri və kredit təşkilatları üzrə dividendlərin ödənilməsi planı 122,7 faiz yerinə yetirilib.

Palatanın materiallarına əsasən, ölkənin ən iri bankı olan "Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2022-ci ildə dövlətə 120 milyon 458,8 min manat (planın +20,5%-i) məbləğində dividend ödəyib. Eyni zamanda, 2022-ci ildə 2021-ci illə müqayisədə bankın dividendləri 0,3% azalıb.

Bundan əlavə, "Aqrarkredit” QSC 198 min manat (2022-ci il üçün dividend nəzərdə tutulmayıb), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 10 milyon manat (2 dəfə çox) dividend ödəyib.

Palata qeyd edir ki, "Azər-Türk Bank”dan dividend gəlirləri 2022-ci il üçün nəzərdə tutulub: "2022-ci ildə "Azər-Türk Bank”ın dövlətə 1,5 milyon manat məbləğində dividend ödəməsi nəzərdə tutulurdu. 2021-ci ilin sonunda bankın xalis mənfəəti 554 min manat təşkil edib, lakin bu vəsaitlərin dividendlərin ödənilməsinə deyil, bankın kapital mövqelərinin gücləndirilməsinə yönəldilməsi qərara alınıb”.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol